Bakıda sərnişin avtobusu yanıb

Hadisə zamanı avtobusda sərnişin olmayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 15:11

Bu gün Bakıda hərəkətdə olan sərnişin avtobusunda baş verən yanğın hadisəsi ilə bağlı təfərrüat məlum olub.

 

İnterAz-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, yanğın 176 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olub: “Avtobusda nasazlıq yarandığı üçün təmirə göndərilib. Təmirə gedən zaman yolda yanğın başlayıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb. Sürücü də dərhal nəqliyyat vasitəsini tərk edib. Xəsarət alan olmayıb”.