İtalyan dilini öyrənənlər üçün Azərbaycan dilində ilk dərslik nəşr edilib

Azərbaycan dilində ilk dəfə italyan dilini öyrənənlər üçün dərslik nəşr olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 15:18

Azərbaycan dilində ilk dəfə italyan dilini öyrənənlər üçün dərslik nəşr olunub.

 

İnterAz xəbər verir ki, “İtalyan dili, addım-addım” kitabı Azərbaycan dilində nəşr olunmuş ilk dərslik kitabıdır. Kitabın müəllifi Ləman İsmayılovadır. Dərslik, əsasən, italyan dilini sərbəst şəkildə və ya italyan dili qrammatikasını Azərbaycan dili ilə müqayisə edərək öyrənmək istəyənlər üçün nəzərdə tutulub. 21 bölmədən ibarət olan dərsliyin nəşr olunmasında əsas məqsəd müstəqil öyrənənlər üçün Azərbaycandilli oxuculara italyan dilində oxumaq, anlamaq və yazmağı öyrətmək, eyni zamanda onlara italyan xalqının mədəniyyəti, tarixi, məişəti barədə qısa mətnlər daxilində məlumat çatdırmaqdır.

 

Qeyd edək ki, L.İsmayılova 1989-cu ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetinin “Tərcümə” fakültəsinin “İtalyan dili” kafedrasında bakalavr və magistr pillələri üzrə təhsil alıb. İtaliya mədəniyyəti ilə əlaqədar tədbirlərdə tərcüməçi kimi iştirak edib. İtaliyanin Peruca şəhərində “Università per stranieri di Perugia” da müəllimlər üçün ixtisasartırma kursu keçib. Azərbaycan Milli Konservatoriyasında “İctimai elmlər” kafedrasının İtalyan dili müəllimi kimi fəaliyyət göstərib.