Bakıda körpünün üstündə avtomobil aşıb

Nəticədə həmin istiqamətdə tıxac yaranıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 15:50

Bakıda yol qəzası olub.

 

Bakı Nəqliyyat Agentliyindən İnterAz-a verilən məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

 

Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçəsinin kəsişməsində körpünün üstündə (Koroğlu istiqamətində) avtomobil aşıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb.