Gəncədə kirayə qaldıqları evdən oğurluq edən şəxs saxlanılıb

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov olduğu müəyyən edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Fevral 2019, 17:04

Gəncə şəhərində oğurluq edən şəxs saxlanılıb.

 

Bu barədə İnterAz-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Belə ki, fevralın 6-da Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan bir qadın ona məxsus mənzildən məişət əşylarının oğurlandığını bildirib.

 

Nizami RPİ-nin apardığı araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin həmin mənzildə kirayə qalan, əvvəllər məhkum olunmuş Rüstəm Sadıxov olduğu müəyyən edilib. R.Sadıxov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.