Rusiyada mikroavtobus qəzasında ölən azərbaycanlıların kimliyi məlum olub

Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Mart 2019, 11:58

Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.

 

İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

 

Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir. 

 

Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur. 

 

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev "Report"un yerli bürosuna açıqlamasında qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib.