İcra başçısı: Bu il Bakıda Novruz şənliyi əvvəlkilərdən fərqlənəcək

Novruz bayramı ilə bağlı şənliklər ötən illə müqayisədə bu il fərqli olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Mart 2019, 11:35

"Novruz bayramı ilə bağlı şənliklər ötən illə müqayisədə bu il fərqli olacaq".

 

İnterAz-ın xəbərinə görə, bunu jurnaslistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

 

Onun sözlərinə görə, Bakının hər bir rayonunda Novruz şənliyi keçiriləcək: "Yəni bir balaca yenilik gətiriləcək. Bayrama hazırlıqlar davam edir".