Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bu ilin martın 14-16-da Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirdə movzu “Daha yaxşı gələcək quraq” şüarından ibarət olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 09:42

Ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin də tibdə davamlı təhsil ilə bağlı üzərinə şərəfli məsuliyyət qoyur.

 

İnterAz xəbər verir ki, cəmiyyətin təşkilatçılığı ilə görülən işlərin tərkib hissəsi olaraq ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsi aparılması məqsədi ilə Bakıda I Beynəlxalq Konqres keçiriləcək.

 

Bu ilin martın 14-16-da Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirdə movzu “Daha yaxşı gələcək quraq” şüarından ibarət olacaq.

 

Konqresin əsas hədəfi əhalimizə əlçatan və keyfiyyətli xidmət göstərmək üçün ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair cəmiyyətin bilik və təcrübəsini yerli və xarici tibb işçiləri ilə bölüşmək, beynəlxalq əməkdaşlıq qurmaq, bu sahədə gələcək nəsli ruhlandırmaq və mütəxəssislərimizi yeni nailiyyətlərə təşviq etməkdir.

 

Beynəlxalq tədbirə ABŞ, Türkiyə, İtaliya, Rusiya, Hindistan, Almaniya, İngiltərə, Şotlandiya, Niderland, İran, Tailand, İordaniya, Gürcüstan və eləcə də Azərbaycan tibb elmi məktəblərinin tanınmış mütəxəssisləri, o cümlədən respublikamızda bu sahədə fəaliyyət göstərən müxtəlif dövlət və özəl tibb məüsisələrinin 400-ə yaxın həkim və alimləri qatılacaqlar.