Azərbaycan və İran birgə avtobus istehsal edəcək

İki ölkə arasında ticarət dövriyyəsindən danışan Ş.Mustafayev ötən il bu göstəricinin 74 faiz artdığını qeyd edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 15:09

Azərbaycan və İran Hacıqabul Sənaye Məhəlləsində "Scania" avtobuslarının birgə istehsalı barədə saziş imzalayacaqlar.

 

İnterAz-ın trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Nazir xatırladıb ki, artıq ölkədə birgə avtomobil istehsalı mövcud "Khazar" zavodunda aparılır və bu zavodda istehsal edilən avtomobillərin böyük hissəsi artıq satılıb.

 

İki ölkə arasında ticarət dövriyyəsindən danışan Ş.Mustafayev ötən il bu göstəricinin 74 faiz artdığını qeyd edib.