Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib

Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Mart 2019, 16:35

Mədəniyyət və turizm nazirinin keçmiş müavini Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib.

 

Mədəniyyət Nazirliyindən İnterAz-a verilən məlumata görə, orden mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən təqdim olunub. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib. 

 

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamıla Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.