Bakıda yaşayış binasında yanğın, 10 nəfər təxliyə edilib

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Mart 2019, 09:15

Bakıda yanğın qeydə alınıb.

 

FHN-dən İnterAz-a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb.

 

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.