Xəzər dənizində zəlzələ olub

Maqnitudası 3, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Mart 2019, 17:34

Xəzər dənizində zəlzələ olub.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:36-da qeydə alınıb.

 

Maqnitudası 3, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.