Sumqayıtda 58 yaşlı kişi daş hasarın altında qalaraq ölüb

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 19 Mart 2019, 10:15

Sumqayıtda 58 yaşlı kişi daş hasarın altında qalaraq ölüb.

 

İnterAz-ın Report-a istinadən məlumatına görə, hadisə 49-cu məhəllədə baş verib.

 

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci il təvəllüdlü Məmmədov İlham Süleyman oğlunun üzərinə özünə məxsus fərdi yaşayış evinin həyətində daş hasar uçub. Nəticə də o, daşların altında qalaraq ölüb.

 

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdlrma aparılır.