Daşkəsənə qar yağıb

Havanın temperaturu aşağı düşüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Mart 2019, 11:09

Daşkəsən rayonunda qarlı hava müşahidə olunur.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, ötən axşam rayon ərazisinə yağan sulu qar səhər saatlarından etibarən qarla əvəzlənib .

 

Havanın temperaturu aşağı düşüb. Hazırda qar yağmaqda davam edir.

 

Müvafiq qurumlar tərəfindən yollar təmizlənib.