Prezident 10 milyonuncu sakinə mənzil hədiyyə edib və bank hesabına pul köçürülüb

Dövlət başçısı 10 milyonuncu sakinin valideynlərinə mənzil hədiyyə edib və körpənin bank hesabına pul köçürüldüyünü deyib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Aprel 2019, 13:12

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

 

İnterAz-ın xəbərinə görə, dövlət başçısı 10 milyonuncu sakinin valideynlərinə mənzil hədiyyə edib və körpənin bank hesabına pul köçürüldüyünü deyib.

 

Prezident İlham Əliyev: Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

 

Rauf Həsənov: Çox sağ olun.

 

Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.

 

Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.

 

Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.