Bakıda bankda yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Aprel 2019, 16:02

“Accessbank”da yanğın baş verib.

 

İnterAz xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

 

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib. 

 

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.