Azərbaycanda zəlzələ olub

Lənkəranda baş verən zəlzələ ətraf rayonlarda hiss olunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Aprel 2019, 10:43

Lənkəranda zəlzələ olub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən məlumata görə, yerli vaxtla saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

 

Maqnitudası 3,6 bal, dərinliyi 36 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.