Sumqayıtda avtoqəza nəticəsində yol bağlanıb

Qəza yerində böyük tıxac yaranıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 09:10

Sumqayıt şəhərinin Məhəmməd Əsədov küçəsində yol qəzası olub.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, şəhərin 18-ci mikraroyonu ərazisində BMW və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Şahidlərin sözlərinə görə, qəzaya BMW-nin dönmə hərəkəti edən zaman işıqforun tələbinə əməl etməməsi səbəb olub.

 

Qəza yerində böyük tıxac yaranıb.