Bakıda evdən külli miqdarda narkotik maddə götürülüb

Şəxsi axtarış zamanı ondan da heroin aşkar edilərək götürülüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 Aprel 2019, 14:15

Bakıda narkotik vasitə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədzadə saxlanılıb. 

 

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı mənzildən isə əlavə olaraq 540 qram heroin və 228 qram metamfetamin aşkar edilərək götürülüb. Onunla birgə olan Salyan rayon sakini V.Kazımov da polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin aşkar edilərək götürülüb.