Tanınmış brend mağazalar şəbəkəsi hicablı olduğu üçün qadını işə götürməyib

Belə ki, iş görüşməsinə gələn hicablı xanıma qapıdaca “vaxtınızı almayaq, hicablıları işə götürmürük” deyib yola salıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 19 Aprel 2019, 12:33

Tanınmış brend mağazalar şəbəkəsi hicablı olduğu üçün qadını işə götürməyib. 

 

İnterAz AnTV.az-a istinadla xəbər verir ki, Türkiyənin tanınmış “Karaca” mağazalar şəbəkəsinin Bakıdakı “Elmlər Metrosu”-nun yaxınlığında yerləşən filialında xoşagəlməz hadisə baş verib.

 

Belə ki, iş görüşməsinə gələn hicablı xanıma qapıdaca “vaxtınızı almayaq, hicablıları işə götürmürük” deyib yola salıblar.

 

Bu barədə jurnalist Brilyant Rəsulova sosial şəbəkədə məlumat verib.

 

Jurnalistin verdiyi məlumata görə, sosial şəbəkədəki sözügedən paylaşımdan sonra mağazanın məsul şəxsləri “paltarı ilişər, qabları qıra bilər” deyə açıqlama veriblər.