Bu gecə mübarək Nimeyi-Şaban daxil olur

Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 07:51

Bu gecə şam azanından sonra (günəş batdıqdan sonra) hicri-qəməri təqvimi ilə Şaban ayının 15-i - mübarək "Nimeyi-Şəban" bayramı daxil olur.

 

İnterAz-ın məlumatına görə, bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şaban” bayramıdır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır.

 

Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. 

 

Tövsiyyə olunur ki, bu gecə qüsl edilsin, oyaq keçirilsin, ilahi övliyalar ziyarət edilsin.

 

Bu gecənin digər xüsusiyyəti də dövrümüzün imamı Həzrət Mehdinin (ə.f) məhz bu gecə dünyaya gəlməsidir. Belə ki, İmam Mehdi (ə) miladi 878-ci ilin bu gecəsində İraqın hazırkı Samirrə şəhərində anadan olub.

 

Bu gecənin əməlləri savabla yanaşı insana həyat fəlsəfəsini aşılayır. Bu gecə əhya saxlayan şəxs yaxşı olar ki, İmam Hüseyni (ə), sonra isə İmam Mehdini (ə) uzaqdan ziyarət etsin, salamlasın.

 

Şaban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır:

 

1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

 

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

 

3. "Kumeyl" duasını oxumaq.

 

4. İmam Hüseyni (ə) ziyarət etmək.

 

Bu gecənin digər xüsusi əməllərini yerinə yetirmək istəyənlər "Məfatihul-Cinan" kitabına müraciət edə bilərlər.