Azərbaycanın aran bölgəsinə qar yağır

Temperatur kəskin aşağı düşüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Aprel 2019, 09:53

Azərbaycanın aran bölgəsinə qar yağır.

 

İnterAz-ın ONA-ya istinadən verdiyi xəbərə görə, iki gün davam edən aramsız yağışlardan sonra bu gün səhər saatlarından Göyçaya qar yağmağa başlayıb. Temperatur kəskin aşağı düşüb.

 

Qeyd edək ki, Azərbaycanın aran bölgəsinə aprel ayında qarın yağması xarakterik deyil.