Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 08:43

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.

 

İnterAz-ın məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

 

Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.