Real TV-yə yayım üçün lisenziya verilib

Yeni telekanalla bağlı müsabiqənin qalibi Real TV olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 16:32

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticəsi məlum olub.

 

İnterAz xəbər verir ki, MTRŞ-nın bu gün keçirilən iclasında açıqlanan nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir (Real TV).

 

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün müddətsiz lisenziya verib.

 

Xatırladaq ki, bu il martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və RTV Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Tеlеviziya və Radiо Şurasına müraciət etmişdi.