Gömrükçülər narkotik vasitə aşkarlayıblar

Faktla bağlı araşdırma aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Aprel 2019, 17:14

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

 

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.