Bakıda anbardan 40 min manatlıq qadın ayaqqabısı oğurlanıb

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 12:15

Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.