Avroliqanın finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar...

Bakı, Aytən Əliyeva, İnteraz - 15 May 2019, 12:26

"UEFA Avropa Liqasının finalı ilə bağlı "ASAN Viza” əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər".

 

İnterAz-ın xəbərinə görə, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

 

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı 2 dəfədən çox artırılıb.

 

F. Cəfərov qeyd edib ki, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib və UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

 

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.