Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 13:11

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib. 

 

Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.