AQTA-da beynəlxalq fitosanitar eksperti tərəfindən təlim keçirilib

Fitosanitar müfəttişlərin bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təşkil olunan təlim beynəlxalq fitosanitar ekspert tərəfindən aparılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 14:40

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes rəqabətliliyi” layihəsi çərçivəsində təlim keçirilib.

 

Fitosanitar müfəttişlərin bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təşkil olunan təlim beynəlxalq fitosanitar ekspert tərəfindən aparılıb.

 

Təlimdə dünyada geniş yayılmış göbələk, bakteriya və virus mənşəli xəstəliklər, onlarla mübarizə üsulları, həmçinin idxal zamanı bitki və bitkiçilik məhsullarında yoxlamaların aparılması qaydası iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin iştirakçılara bitki və bitkiçilik məhsullarının idxalı zamanı risk əsaslı yanaşma və ölkəmiz üçün xarakterik olmayan xarici karantin zərərvericilərin müəyyən edilməsi qaydası və həmin zərərvericilərə qarşı görülən tədbirlər barədə ətraflı məlumat verilib.