Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

Faktla bağlı araşdırma aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 May 2019, 08:47

Neftçala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində qeydə alınıb.

 

Magistralda hərəkətdə olan mikroavtobus qabaqda gedən “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

 

Ölənlərin meyiti müayinə olunmaq üçün Salyan morquna aparılıb. Xəsarət alınanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.