Bakıda maşın reklam lövhəsinə çırpılaraq yanıb, ölən və yaralanan var

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 08:59

Bu gün gecə saatlarında "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.

 

Bu barədə İnterAz-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

 

"Hadisə barədə məlumat "təcili yardım"a saat 3:37-də daxil olub.

 

Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir", - deyə o bildirib.

 

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

 

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.