Türkiyənin məşhur universiteti ABAD-ın təşkil etdiyi Simpoziuma yer ayırıb

Süleyman Dəmirəl Universiteti keramika sənətinin inkişafı ilə bağlı təşkil edilən mötəbər tədbirin əhəmiyyətinə toxunub

Bakı, , İnteraz - 12 Iyun 2019, 17:36

Türkiyənin məşhur universitetlərindən biri sayılan Süleyman Dəmirəl Universiteti Şəkidə "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində təşkil olunan “Təbiətdən tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpozium haqda məqalə dərc edib.

 

İnterAz xəbər verir ki, universitetin rəsmi saytında incəsənət fakutləsinin dekanı türkiyəli iştirakçı Serap Ünelin bu Simpoziumda iştirakı haqda məlumat verilir.

 

Məqalədə türkiyəli iştirakçı Serap Ünel öz qədimi tarixi ilə bağlı xüsusilə Oğuz eli ilə bağlı müxtəlif işlər düzəltdiyi qeyd olunub. Həmçinin bağlanış mərasimində bütün iştirakçılar adından çıxış edərək belə bir tədbirin təşkilinə təşəkkürü ifadə edilib. 

 

Süleyman Dəmirəl Universiteti keramika sənətinin inkişafı ilə bağlı təşkil edilən mötəbər tədbirin əhəmiyyətinə toxunub. Həmçinin tədbirin universitet tələbələri tərəfindən maraqla qarşılandığı qeyd olunub.

 

Məlumat üçün bildirək ki, “ABAD” publik hüquqi şəxsin təşəbbüsü ilə 20 may - 2 iyun tarixində Şəkidə təşkil olunan beynəlxalq Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan sənətkar-keramistlər ilə təcrübə mübadiləsi aparmaq, iştirakçıları və ziyarətçiləri keramika sənətinin müasir meylləri və milli mədəniyyətimiz ilə tanış etmək olub.