Bakıda 13 məktəb əsaslı təmir olunub, 6 yeni məktəb binası inşa edilib

Mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 17:48

2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb.

 

Bu barədə İnterAz-a BŞTİ-dən məlumat verilib.

 

Mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.

 

Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

 

2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə inşasına başlanılıb.