Oğuzda qadın sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var

Faktla bağlı araşdırmalara başlanılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Iyun 2019, 08:51

Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

İnterAz-ın "Report"a istinadən məlumatına görə, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 58-60 yaşlı, şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib. 

 

Avtomobildə olan daha 3 nəfər, Bakı şəhər sakinləri: bir ailənin üzvləri - 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.