Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib

O bildirib ki, Həlimə Əliyeva Türkiyədə dünyasını dəyişib...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Iyun 2019, 13:37

Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva  dünyasını dəyişib.

 

İnterAz xəbər verir ki, bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat verib.

 

Məlumata görə, Həlimə Əliyeva Türkiyədə vəfat edib. Mərhumun səhhəti dünən qəfildən pisləşib. H.Əliyeva dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb. Bu gün xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!