Masallıda yük maşını ilə mikroavtobus toqquşub, 8 nəfər ölüb

Hadisə nəticədə 8 nəfər ölüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Iyul 2019, 10:19

Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 6-nın adı məlum olub. 

 

İnterAz-ın məlumatına görə, bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğludur.  

 

Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. O, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.

 

Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir. 

 

*** 09:00

 

Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.

 

İnterAz-ın xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

 

Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi. 

 

Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

 

Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.