Bu il qızılcaya yoluxanların sayı rekord həddə çatıb, 1109 nəfər
Ən çox yoluxma halları Nyu York və Kaliforniya ştatları, eləcə də Nyu York və Vaşinqton şəhərlərində qeydə alınıb...
Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 10 Iyul 2019, 16:35
ABŞ-da bu ilin əvvəlindən etibarən 1109 nəfər qızılcaya yoluxub.
İnterAz-ın məlumatına görə, bu, 1992-ci ildən bəri rekord göstərici olub.
Qeyd olunur ki, son həftə ərzində qızılcaya yoluxanların sayı 14 nəfər artıb. Yanvarın 1-dən iyulun 3-dək olan vəziyyətə görə, ABŞ-ın 28 ştatında yoluxma halları qeydə alınıb.
Ən çox yoluxma halları Nyu York və Kaliforniya ştatları, eləcə də Nyu York və Vaşinqton şəhərlərində qeydə alınıb.