Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb

Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 14:05

Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

 

İnterAz xəbər verir ki, bu barədə Report-a xəstəxanadan məlumat verilib.

 

"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", deyə Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.

 

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.