Neftçalada avtomobil aşıb, ölən və yaralananlar var

Faktla bağlı araşdırma aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 15:05

Neftçala rayonunda yol qəzası baş verib. 

 

İnterAz xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, “Mercedes” markalı avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.