Bakı polisinin Cinayət Axtarış İdarəsinin rəisinin oğlu faciəli şəkildə ölüb

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Iyul 2019, 16:29

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovnik Əlaslan Ağayevin oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

İnterAz-ın report-a istinadən məlumatına görə, Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.