Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

Hadisə nəticəsində qatarların hərəkətində 5 dəqiqəlik gecikmə yaranıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyul 2019, 08:58

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb. 

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İnterAz-a açıqlamasında faktı təsdiq edib:

 

"Hadisə nəticəsində qatarların hərəkətində 5 dəqiqəlik gecikmə yaranıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

 

Bu araşdırmadan sonra olayın hansı səbəbdən baş verməsi aydınlaşacaq və biz ictimaiyyəti məlumatlandıracağıq".

 

***08:42

 

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb. 

 

İnterAz xəbər verir ki, "Dərnəgül" - "Həzi Aslanov" İstiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.

 

Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.

 

Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminın saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin. 

 

Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.

 

Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib.