Dünyanın ən ucuz şəhərləri açıqlanıb

Ən bahalı şəhərlər isə San-Fransisko, Nyu-York, Cenevrə, Bazel, Lozanna, Bruklin, Vaşinqton, San-Xose və Bostondur...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Iyul 2019, 08:47

Müxtəlif ölkələrdə qiymətlər haqda məlumat toplayan “Numbeo” portalı, 2019-cu ilin birinci yarımilinin nəticələrinə əsasən, yaşamaq üçün dünyanın ən ucuz şəhərlərinin adlarını açıqlayıb.

 

İnterAz-ın məlumatına görə, birinci yerdə Pakistanın Ravalpindi, ikinci yerdə Karaçi, üçüncü yerdə isə İslamadbad şəhəri qərarlaşıb.  

 

Siyahıda Tbilisi (Gürcüstan) 30-cu, Bakı (Azərbaycan) 43-cü, Kiyev (Ukrayna) 58-ci, Antalya (Türkiyə) 61-ci olub.  

 

Ən bahalı şəhərlər isə San-Fransisko, Nyu-York, Cenevrə, Bazel, Lozanna, Bruklin, Vaşinqton, San-Xose və Bostondur.   

 

Qeyd edək ki, reytinq cədvəlində yer alan şəhərlərdəki yaşayış minimumu ABŞ-ın Nyu-York şəhəri ilə müqayisədə hesablanıb.