Xəzər dənizində zəlzələ olub

Zəlzələnin maqnitudası 3.6, dərinliyi 46 km olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Iyul 2019, 17:39

Xəzər dənizində zəlzələ olub.

 

Bu barədə İnterAz-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

 

İlkin məlumatlara əsasən, iyulun 18-i saat 15:50-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

 

Zəlzələnin maqnitudası 3.6, dərinliyi 46 km olub.