Beş rayonun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq

Bildirilib ki, aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 13.00-dan 18.00-dək Masallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında bir neçə yaşayış məntəqəsi və sənaye müəssisələrindən birində qaz təchizatı dayandırılacaq...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 26 Iyul 2019, 12:16

Bu gün saat 13:00-dan 18:00-dək beş rayonun bir neçə yaşayış məntəqəsinin qaz təcizatı dayandırılacaq.

 

Bu barədə İnterAz-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

Bildirilib ki, aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 13.00-dan 18.00-dək Masallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında bir neçə yaşayış məntəqəsi və sənaye müəssisələrindən birində qaz təchizatı dayandırılacaq.