Tanınmış kinorejissor Samir Kərimoğlu yaşadığı mənzilində təzyiqlərlə üzləşir

Təzyiqin əsas səbəbi isə onun evinin qarşısında olan monsardın həmin şəxsin özünə aid olmasını iddia etməsidir...

Bakı, Aytən Əliyeva, İnteraz - 07 Avqust 2019, 14:10

Kinorejissor Samir Kərimoğlu bir müddətdir ki, alt qonşuları tərəfindən təzyiqlərlə üzləşir. Təzyiqin əsas səbəbi isə onun evinin qarşısında olan monsardın həmin şəxsin özünə aid olmasını iddia etməsidir. Görüntülər paytaxtdakı İ.Səfərli 12 ünvanında yerləşən arxitektur binanın 3-cü mərtəbəsindəndir.

 

Müsahibimiz deyir ki, 1 və 2-ci mərtəbələri alan "Şəfəq MTK" tikinti şirkətinin sahibi kimi tanıdıqları Vasif və kiçik qardaşı Əli daima onlara təzyiqlər göstərir. Samir Kərimoğlu deyir ki, bu dam ortaq ərazidir və ailəsinin istənilən vaxt həmin dama çıxıb dincəlmək haqqı var. Ancaq qarşı tərəf bu fikirlə razılaşmaq istəmir. Hətta həmin şəxs bir neçə gün öncə gecə saatlarında öz ustalarını həmin əraziyə göndərib pəncərəsinin qarşısında yatızdırıb.

 

Uzun zaman davam edən mübahisələrdən sonra, Vasif bir nəticə əldə edə bilməyəciyini görüb, onlara ev almağı vəd edib. Müsahibimiz deyir ki, on il sürən dava dalaşdan bezdiyi üçün onun təklifini qəbul etməli olub. Daha sonra Əli zəng edərək qardaşı Vasifin onlara etdiyi təkliflə razılaşmadığını bildirib. Samir və ailəsi üçün münasib olmayan başqa bir təklif irəli sürüb və üstəlik razı olmayacaqları halda yenə əşyalarını atacaqları ilə hədələyib.

 

Mövcud vəziyyət təkcə Samir və ailəsini haqlamayıb. Elə onların qonşuları Bəxtiyar da eyni vəziyyətlə üzləşib. Ona da "pəncərələrinizi reşotkalayacayıq, siz evdən bayıra bir adım da çıxa bilmərsiz" kimi kəlmələrlə təzyiqlər göstərilib.

 

Biz ərazidə olduğumuz zaman isə uzun sürən mübahisələr yenə də davam etdi.

 

Sözügedən yerə Mənzil kommunal təsərrüfat birliyinin əməkdaşları gəldi. Onlar həmin dama baxış keçirdiklərini və həmin məsələyə yenidən qayıdacaqlarını bildirdilər. Məsələnin sonrakı taleyi isə məhkəmənin yekun qərarından sonra bilinəcək.