Əsgər övladlarının andiçmə mərasiminə gedən ata və ana Qaxda qəzaya düşərək ölüb

Faktla baglı araşdırma aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 11 Avqust 2019, 09:17

Ötən gecə Qaxda ağır avtomobil qəzası baş verib.

 

İnterAz xəbər verir ki, "Ford" və "Vaz 21099" toqquşması nəticəsində "Vaz 21099"un sürücüsü Ağayev Akif İsrafil oğlu, onun həyat yoldaşı Ağayeva Leyla və sürücünün bacısı oğlu Nəzərov Tural aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər.

 

Həmin maşında olan sürücünün qızı Ağayeva Asya xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub.

 

Digər avtomobildə olan sərnişin Mirzəyeva Sevda da eyni diaqnozla xəstəxanaya yerləşdirilib. 

 

Qeyd edək ki, qəzada ölən ər və arvad Beyləqanda hərbi xidmətdə olan övladlarının andiçmə mərasiminə gedirlərmiş.

 

Faktla baglı araşdırma aparılır.