Bakıda magistralda avtomobil yanır, tıxac var

Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb...

Bakı, Cavid Həsənzadə, , İnteraz - 17 Avqust 2019, 14:41

Bakıda avtomobil yolda yanıb.

 

Bakı Nəqliyyat Agentliyindən İnterAz-a verilən məlumata görə, hadisə bir qədər əvvəl Heydər Əliyev prospekti - Hava limanı avtomagistralında baş verib.

 

Magistralda hərəkətdə olan avtomobil qəfil alışıb. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.