Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb

Pilotun yaşadığı evin həyətində keçirilən vida mərasimində R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Avqust 2019, 11:04

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

 

İnterAz-ın xəbərinə görə, R.Atakişiyevin nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

 

*** 10:45

 

Plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

 

İnterAz-ın xəbərinə görə, vida mərasimi davam edir.

 

*** 09:36

 

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

 

İnterAz xəbər verir ki, hərbi pilotun yaşadığı evin həyətində keçirilən vida mərasimində R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçiriləcək.

 

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.