Azərbaycanda 4 bal gücündə zəlzələ olub

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Avqust 2019, 10:10

Azərbaycanda zəlzələ olub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:41-də Gəncə stansiyasindan 41 km cənub-şərqdə Goranboy ərazisində qeydə alınıb. 

 

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.