Taxta bazarındakı yanğında FHN-nin daha bir əməkdaşı xəsarət alıb

Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Avqust 2019, 17:08

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğında 2 FHN əməkdaşı xəsarət alıb.

 

Bu bərədə İnterAz-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

***16:42

 

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

 

Bu bərədə İnterAz-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.