Tanınmış kinorejissor Samir Kərimoğlu yaşadığı mənzilində ölüm təhdidi ilə üzləşib

Kinorejissor bir müddətdir ki, alt qonşuları tərəfindən təzyiqlərlə üzləşir...

Bakı, Aytən Əliyeva, İnteraz - 06 Sentyabr 2019, 13:10

Tanınmış kinorejissor Samir Kərimoğlu "Şəfəq MTK" tikinti şirkətinin sahibi kimi tanıdıqları Vasif adlı şəxsin qardaşı Əli tərəfindən ölümlə hədələnib.

 

Xəbər verdiyimiz ki, kinorejissor Samir Kərimoğlu bir müddətdir ki, alt qonşuları, "Şəfəq MTK" tikinti şirkətinin sahibi kimi tanıdıqları Vasif adlı şəxsin və qardaşı Əli tərəfindən təzyiqlərlə üzləşir. Təzyiqin əsas səbəbi isə onun evinin qarşısında olan monsardın həmin şəxsin özünə aid olmasını iddia etməsidir. 

 

Bu günlərdə isə kinorejissor həmin şəxs tərəfindən ölümlə hədələnib. Bu barədə İnterAz-a Samir Kərimoğlu özü məlumat verib.

 

Müsahibimiz bildirib ki, Əli adlı şəxs onu küçəyə çağıraraq hələ də monsardan əşyalarını yığışdırmadığını soruşub. Samir Kərimoğlu cavabında “Biz ki, bu məsələni yekunlaşdırmışıq” deyib, getməyə hazırlaşırdı ki, Əli onu bogazindan tutaraq uşağlarının gözü önündə ölümlə hədələyib. 

 

Kinorejissor qeyd edib ki, insidentden sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26 saylı bölməsinə şikayyət ərizəsi yazıb.

 

Əməkdaşlarımız Yasamal rayonu 26-ci polis bölməsinin müstəntiqi İlqar Səfərovla əlaqə saxlayıblar. O, bildirib ki, bu məsələni araşdırıb 10 gün ərzində geniş məlumat verəcək.

 

İnterAz Tv olaraq bu məsələyə qayıdacayıq.